DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində oktyabrın 9-da, Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – İrlandiya oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı açıqlanıb.
Fanat.Az AFFA-nın rəsmi saytına istinadən mətbuat konfranslarının və açıq məşqlərin vaxtını təqdim edir:
8 oktyabr
Azərbaycan milli komandası
11:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq (Dalğa Arena)
17:00. Mətbuat konfransı (Bakı Olimpiya Stadionu)
İrlandiya milli komandası
18:00. Mətbuat konfransı
19:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
Qeyd edək ki, İrlandiya millisi oktyabrın 9-da Bakı Olimpiya Stadionunda Azərbaycan yığmasının qonağı olacaq, oktyabrın 12-də isə Dublindəki "Aviva" stadionunda Qətəri qəbul edəcək.