DÇ-2022-nin seçmə mərhələsində İrlandiya millisi Bakıda Azərbaycan yığması ilə qarşılaşıb və 3:0 hesabı ilə qalib gəlib.
Görüşdən sonra Fanat.Az-ın əməkdaşının da iştirak etdiyi mətbuat konfransında qonaqların baş məşqçisi Stiven Kenni çıxış edib.
"Bu gün qələbə qazanmaq önəmli idi. Seçmə mərhələdə belə nəticələr tez-tez olmur. Kalum Tobinsonun ətrafında gəzən söz-söhbətlərə son qoymaq üçün bugünkü oyun ona motivasiya oldu.
Azərbaycan bizim üçün təhlükəli rəqibdir. Səfərdə onları 3:0 hesabı ilə məğlub etmək yaxşı nəticədir. İkinci hissədə Azərbaycan millisi topa daha çox sahib oldu. Topa yaxşı yiyələnə bilirlər. Komandamız sistem dəyişikliyinə məruz qalıb. Futbolçularla çox ünsiyyətdə ola bilməmişəm. Amma buna rəğmən yaxşı nəticə göstərdik. Ümumiyyətlə, oyundan əvvəl 3:0 hesabı ilə qələbə qazanacağımızı ağlıma gətirə bilməzdim. Nəzərə alsaq ki, Portuqaliya kimi komandaya 0:2 uduzmuşdular, onlardan daha çox qol vuracağımıza inana bilməzdik".
Konfransda həmçinin İrlandiyanın 3-cü qolunun müəllifi Çidozi Oqbenedə iştirak edib:
"İlk qoldan sonra əla əhvalım var idi. Rəqib meydanda 3:0 hesabı olduqca yaxşı nəticədir. Mlliinin heyətində ilk qolu vurmaq əla hissdir. Azərbaycan millisi topa çox yaxşı yiyələnirdi".
Emin