Bu gün DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində 8-ci tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, son oyun günündə altı qrup üzrə 14 matç keçirilib.
A qrupunda Azərbaycan millisi səfərdə Serbiyaya uduzubsa, Portuqaliya Lüksemburqu darmadağın edib.
B qrupunda Kosovo evdə Gürcüstana boyun əyib. İsveç isə Yunanıstan evə əliboş göndərib.
C qrupunda da iki görüş baş tutub. İsveçrə millisi Litvanın qonağı olubsa, Şimali İrlandiya da Bolqarıstanla münasibətlərinə aydınlıq gətirib. Litvada qonaqlar darmadağına sevinib. Digər oyun isə bolqarlarların qələbəsiylə yekunlaşıb.
D qrupunda Qazaxıstan Finlandiyanı sınağa çəkib. Qonaqlar bu görüşdə iki cavabsız qolla qalib gəliblər. Ukrayna yığması isə Bosniya və Herseqovina ilə ev oyununda qələbəni əldən verib.
F qrupunda Şotlandiya yığması Farer adaları ilə səfər oyunundan çətin qələbə ilə ayrılıb. İsrail Moldovanı, Danimarka isə Avstriyanı məğlub yola salıb. Bu nəticələrdən sonra Danimarka yığması da mundiala vəsiqəni vaxtından öncə təmin edib. Daha öncə Almaniya yığması da DÇ-2022-yə vəsiqə qazanmışdı.
İ qrupunda İngiltərənin rəqibi Macarıstanı yenmək işinin öhdəsindən gəlməyib. Albaniya yığması Polşanı qəbul edib. Bu oyunda qonaqlar minimal hesabla üstün olublar. Xala həsrət olan San Marino isə bu dəfə Andorraya böyük hesabla uduzub.
DÇ-2022-nin seçmə mərhələsi
8-ci tur
12 oktyabr
A qrupu
Portuqaliya – Lüksemburq 5:0
Qollar: Ronaldo, 8-pen; 13-pen; 87. B.Fernandes, 18. Palinya, 69.
Serbiya – Azərbaycan 3:1
Qollar: Vlahoviç, 30-pen; 53. D.Tadiç, 83-pen – E.Mahmudov, 45+2.
Xal durumu: Serbiya – 17, Portuqaliya – 16, Lüksemburq – 6, İrlandiya – 5, Azərbaycan – 1.
B qrupu
Kosovo – Gürcüstan 1:2
Qollar: Muriqi, 45 – Okriaşvili, 11. Davitaşvili, 82.
İsveç – Yunanıstan 2:0
Qollar: Forsberq, 58-pen. İsak, 69.
Xal durumu: İsveç – 15, İspaniya – 13, 12, Yunanıstan – 9, Gürcüstan – 4, Kosovo – 4.
C qrupu
Litva – İsveçrə 0:4
Qollar: Embolo, 31; 45. Şteffen, 42. Qavranoviç, 90+4.
Bolqarıstan – Şimali İrlandiya 2:1
Qollar: Nedelyev, 53; 64 – Vaşinqton, 35.
Xal durumu: İtaliya 14, İsveçrə – 14, Bolqarıstan – 8, Şimali İrlandiya – 5, Litva – 3.
D qrupu
Qazaxıstan – Finlandiya 0:2
Qollar: Pukki, 45; 48.
Ukrayna – Bosniya və Hersoqovina 1:1
Qollar: Yarmolenko, 15 – Ahmedhodziç, 77.
Xal durumu: Fransa – 12, Ukrayna – 9, Finlandiya – 8, Bosniya və Herseqovina – 7, Qazaxıstan – 3.
F qrupu
Farer adaları – Şotlandiya 0:1
Qol: Dayks, 86.
İsrail – Moldova 2:1
Qollar: Zahavi, 28. Dabbur, 49 – Nikolaesku, 90+5.
Danimarka – Avstriya 1:0
Qol: Mele, 53.
Xal durumu: Danimarka – 24, Şotlandiya – 17, İsrail – 13, Avstriya – 10, Farer adaları – 4, Moldova – 1.
İ qrupu
İngiltərə – Macarıstan 1:1
Qollar: Stounz, 37 – Sallai, 24-pen.
Albaniya – Polşa 0:1
Qol: Sviderski, 77.
San Marino – Andorra 0:3
Qollar: Puyol, 10. Moreno, 53. Betryu, 89.
Xal durumu: İngiltərə – 20, Polşa – 17, Albaniya – 15, Macarıstan – 11, Anorra – 6, San Marino – 0.