DÇ-2022-nin seçmə mərhələsinin 8-ci turunun oyununda Lüksemburqu 5:0 hesabıyla yenən Portuqaliya yığmasının superulduzu Kriştianu Ronaldu yeni rekorda imza atıb.
Fanat.Az xəbər verir ki, millimizin də yer aldığı A qrupunun matçında het-trik edən Ronaldu milli formayla 10-cu dəfə bir oyunda 3 qol vuraraq 2019-cu ildə özünün müəyyənləşdirdiyi rekordu yeniləyib.
Qeyd edək ki, Portuqaliyanın digər qollarını Brunu Fernandeş və Joau Palinya vurub.
Nihat