DÇ-2022-nin seçmə mərhələsində keçirilən İngiltərə - Macarıstan (1:1) oyunu zamanı azarkeşlərlə polis arasında kütləvi toqquşma baş verib.
Fanat.Az "Sky Sports" saytına istinadən xəbər verir ki, Macarıstan millisinin azarkeşləri BLM kampaniyası (irqçiliyə qarşı aksiya) çərçivəsində diz çökən futbolçuları fitə basıblar. Daha sonra azarkeşlərdən biri stadionun mühafizəçisini söydüyünə görə macarların yerləşdiyi tribunada polislərlə dava düşüb.
Qarşıdurma zamanı polis dəyənəklərdən istifadə edib və azarkeşlərdən bir neçəsi həbs olunub.
Emin Şəmsiyev