DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Boliviya Paraqvayı qəbul edib.
Fanat.Az xəbər verir ki, oyun meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.
"Ernando Siles" stadionunda baş tutan matçda Rodriqo Romalyo, Moyzes Vilyarroel, Viktor Abreqo və Roberto Fernandes qonaqların qapısına yol tapan adlar olub.
Bu, xal hesabını 12-yə çatdıraraq turnir cədvəlində 7-ci yerə yüksələn Boliviyanın ardıcıl ikinci qələbəsidir. Hazırda Paraqvayın da 7 xalı var.
Nihat