PSJ ciddi itki ilə üzləşib.
Fanat.Az Paris təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, komandanın yarımmüdafiəçisi Marko Verratti zədələnib.
İtaliyalı yarımmüdafiəçinin Liqa 1-in 11-ci turu çərçivəsində baş tutan "Olimpik Marsel"lə səfər oyununda sıradan çıxıb.
Bud əzələsindən xəsarət alan futbolçunun təxminən 4 həftə yaşıl meydanlardan kənarda qalacağı açıqlanıb. Bu isə o deməkdir ki, Verrati qarşıdakı üç çempionat matçında forma geyinə bilməyəcək. O, UEFA Çempionlar Liqasında Almaniyanın “Leyptsiq” komandasına qarşı keçirəcəkləri matçı da buraxacaq.
Bundan başqa, Verratti İtaliya millisinin DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində İsveçrə və Şimali İrlandiya ilə oyunlarını da buraxmalı olacaq.
Nihat