DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində IX turun ilk oyunlarında sonra statistik göstəricilər açıqlanıb.
Fanat.Az xəbər verir ki, millimizin qolkiperi Şahruddin Məhəmmədəliyev tsikldə ən çox qol buraxan qapıçılardandır.
Məlumatı UEFA-nın rəsmi saytı yayıb.
27 yaşlı əlcək ustası 8 görüşdə 18 qol buraxıb.
Siyahıya 32 topla San Marinonun qapıçısı Elia Benedetti başçılıq edir. Lixtenşteyndən Benyamin Büxel 28, Maltadan Genri Bonello isə 24 qol görüb.
Bundan əlavə, Məhəmmədəliyev seçmə mərhələdə ən çox qurtarış edən qapıçılar siyahısında Benedettini ilə birlikdə 2-3-cü yerləri bölüşdürür. Hər iki oyunçu 44 dəfə komandalarını qoldan xilas edib. Siyahıya isə 57 "seyv"lə Benyamin Büxel başçılıq edir.
Qeyd edək ki, Azərbaycan millisi son olaraq Bakıda Lüksemburqa 1:3 hesabı ilə uduzub.