Qazaxıstan Futbol Federasiyası dövlət və onun müvafiq strukturları hesabına maliyyələşməyəcək.
Fanat.Az-ın məlumatına görə, federasiyanın baş katibi Azamat Aytxojin bu barədə qurumun rəsmi saytında açıqlama verib:
"Qərar əsas yığmanın DÇ-2022-nin seçmə mərhələsində Fransa yığmasına 0:8 hesabı ilə məğlub olduğu oyundan sonra qəbul edilib. Federasiya UEFA-nın vəsaiti hesabına maliyyələşəcək. Həmçinin buraya sponsor gəlirləri cəlb olunacaq".
Qeyd edək ki, seçmə mərhələdə 3 xal toplayan Qazaxıstan millisi D qrupunu son pillədə başa vurub.