Türkiyə millisi DÇ-2022-nin pley-off mərhələsinə vəsiqə qazanıb.
Fanat.Az xəbər verir ki, buna ötən gün səfərdə Monteneqronu 2:1 hesabı ilə məğlub edərək nail olublar.
Matçdan sonra keçirilən mətbuat konfransında "A milli"nin baş məşqçisi Ştefan Kunts pley-offdakı bütün matçların çətin keçəcəyini bildirib:
"Potensial rəqiblərimizin hamısı güclüdür. Oyunumuzu da səfərdə keçirəcəyik. Mən buna nənəmin dediyi sözlərlə cavab vermək istəyirəm: "Təsir edə bilməyəcəyin şeylər haqqında çox fikirləşmə". Rəqiblərimizin hamısı çətindir, amma təbii ki, Portuqaliya və İtaliya səfərlərinə getməməyi üstün tutardım".
Qeyd edək ki, pley-off mərhələsinin püşkatması noyabrın 26-da, oyunları isə 2022-ci il 24-25 və 28-29 martda baş tutacaq. Səpələnməmişlər səbətində yer alan "ay-ulduzlular"ın potensial rəqibləri Portuqaliya, Şotlandiya, İtaliya, Rusiya, İsveç və Uels yığmaladır.