DÇ-2022-nin seçmə mərhələsində Monteneqro millisi Türkiyə seçməsini qəbul edib və 1:2 hesabı ilə məğlub olub.
Fanat.Az xəbər verir ki, “Qarabağ”ın yarımmüdafiəçisi Marko Veşoviç də sözügedən qarşılaşmada iştirak edib.
Start heyətdə meydana çıxan monteneqrolu futbolçu 90 dəqiqə oynayıb.
Qeyd edək ki, Monteneqro millisi seçmə mərhələni 12 xalla 4-cü pillədə başa vurub.