DÇ-2022-nin seçmə mərhələsinin Panama - Salvador oyununda (1:2) dünyanın ən tez qollarından biri vurulub.
Fanat.Az xəbər verir ki, qonaqların yarımmüdafiəçi Xayro Enrikes matçın 12-ci saniyəsində vurduğu qolla tarixə düşüb.
Bu, həmçinin Şimali, Mərkəzi Amerika və Karib hövzəsi ölkələri Futbol Konfederasiyasının (CONCACAF) təsnifat mərhələlərində vurulmuş ən erkən qol olub.
Qeyd edək ki, rekord belçikalı Kristian Bentekeyə məxsusdur. 31 yaşlı hücumçu 2016-cı ildə DÇ-2018-ə gedən yolda Cəbəllütariqı 6:0 hesabı ilə yendikləri qarşılaşmanın 8-ci saniyəsində fərqlənib.
San Marino millisinin sabiq üzvü Davide Qualtyeri 1993-cu ildə İngiltərəyə 1:7 hesabı ilə uduzduqları matçın 9-cu saniyəsində qol vurub.