Polşa millisinin baş məşqçisi Paulu Souza DÇ-2022-nin pley-off mərhələsinin yarımfinalında qarşılaşacaqları Rusiya ilə oyun barədə fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, "Polsat Sport" onun söylədiklərini belə çatdırıb:
"Bu mərhələdə bütün yığmaların mundiala qatılmaq şanslarını bərabər sayıram. Ümid edirəm ki, ən yaxşı futbolçularımız önəmli matçlar zamanı formada olacaqlar. Çox yüksək səviyyədə mübarizə apara bilərik. Nikbinəm və komandamıza inanıram. Heyətimizdə dünyanın ən yaxşı futbolçusu yer alırsa, başqa cür ola da bilməz. Levandovski həmişə ortaya əsl səviyyə fərqi qoyur. O, Rusiya ilə görüşdə də öz sözünü deyəcək. Bəli, Robert Levandovski xüsusidir".
Nihat