DÇ-2022 öncəsi sınaq yarışı kimi keçirilən "Ərəb Kuboku 2021"in qrup mərhələsinin oyunları davam edir.
Fanat.Az xəbər verir ki, A və B qrupunun 3-cü turu artıq geridə qalıb.
Qeydə alınan nəticələri təqdim edirik:
A qrupu
Qətər - İraq 3:0
Oman - Bəhreyn 3:0
B qrupu
Suriya - Mavritaniya 1:2
Tunis - BƏƏ 1:0
Bu gün isə C və D qrupunda 3-cü tura yekun vurulacaq:
C qrupu
19:00. Mərakeş - Səudiyyə Ərəbistanı
19:00. İordaniya - Fələstin
D qrupu
23:00 Əlcəzair - Misir
23:00 Livan - Sudan
Xatırladaq ki, turnirin finalı dekabr ayının 18-i keçiriləcək.