"Barselona"nın yarımmüdafiəçisi Filippe Koutinyo bu qış klubunu dəyişməyə hazırlaşır.
Fanat.Az "The Sun" qəzetinə istinadən xəbər verir ki, rəhbərliklə son görüş zamanı braziliyalı futbolçu Kataloniya klubunu tərk etmək qərarına gəldiyini bildirib.
Mənbə "sambaçı"nın bu addımı daha çox oynaya biləcəyi kluba keçmək və gələn il Qətərdə keçiriləcək dünya çempionatında Braziliya millisinin heyətində olmaq üçün atdığını vurğulayıb.
Daha öncə 29 yaşlı Fillipenin xidmətində "Arsenal", "Everton" və "Tottenhem"in maraqlı olduğu barədə informasiyalar yayılmışdı.