Argentina millisinin superulduzu Lionel Messi DÇ-2022-nin seçmə mərhələsinin qarşıdakı iki oyununu buraxa bilər.
Fanat.Az Fransa mətbuatına istinadən xəbər verir ki, yığmanın baş məşqçisi Lionel Skaloni koronavirusdan yeni sağalan futbolçuya DÇ-2022-nin matçlarında meydana çıxmamağı məsləhət görüb. Messinin Skaloninin bu tövsiyəsini nəzərə alıb-almayacağı bilinmir.
Argentina yığması DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində yanvarın 28-də Çilinin qonağı olacaq, fevralın 2-də isə Kolumbiya ilə üz-üzə gələcək.
Argentina Qətərdə keçiriləcək mundiala vəsiqəni təmin edib.