Bu gün 2022-ci il dünya çempionatının final mərhələsinin növbəti iştirakçıları bəlli olub.
Fanat.Az xəbər verir ki, Avropa zonası üzrə pley-off raundunun final oyunlarından sonra daha iki vəsiqənin sahibi müəyyənləşib.
Portuqaliya yığması evdə Şimali Makedoniyanı 2 cavabsız qolla məğlub edərək DÇ-2022-yə vəsiqə qazanıb.
Digər matçda isə Polşa millisi İsveçə eyni hesabla qalib gələrək, final mərhələsinə adlayıb.
DÇ-2022, pley-off mərhələsi
Final
29 mart
22:45. Portuqaliya - Şimali Makedoniya - 2:0
Qollar: Brunu Fernandeş, 32; 65
Portu, "Draqau" stadionu.
22:45. Polşa - İsveç - 2:0
Qollar: Robert Levandovski, 50 (pen.). Pyotr Zelinski, 72
Xojuv, "Şlyonski" stadionu
Qeyd edək ki, digər final görüşündə Uels iyuna təxirə salınmış Şotlandiya - Ukrayna görüşünün qalibi ilə üz-üzə gələcək.