Kilian Mbappe DÇ-2022-nin püşkatma mərasimində iştirak etməkdən imtina edib.
Fanat.Az xəbər verir ki, bu barədə "L'Équipe" nəşri məlumat yayıb.
Xəbərə görə, Qətər rəsmiləri PSJ-nin ulduz futbolçusunu aprelin 1-də Dohada keçiriləcək mərasimə fəxri qonaq olaraq dəvət ediblər. Lakin Kilian Fransa millisinin kapitanı olmamasını səbəb gətirərək mərasimə getməkdən imtina edib.
Xatırladaq ki, hazırda Fransa yığmasının kapitanı qapıçı Uqo Llorisdir.
Emin