Futbol üzrə Rusiya millisinin baş məşqçisi Valeri Karpin futbolçularını mənəvi müstəvidə pley-offa hazırlamağa davam edir.
Fanat.Az "Football24.ru" saytına istinadən xəbər verir ki, RFİ (Rusiya Futbol İttifaqı) Qətərdəki mundiala qatılacaqlarına ümid edir.
“İdeal ssenaridə biz dünya çempionatına getmək üçün pley-off matçı oynamalıyıq. Bu məsələni RFİ rəhbərliyi ilə müzakirə etdik və geri addım atmamaq qərarına gəldik. Gəlin iki-üç həftə gözləyək, sonra baxarıq ".- deyə Karpin bildirib.
Xatırladaq ki, FİFA və UEFA fevralın 28-də Rusiya yığmalarını və klublarını öz bayraqları altında keçirilən beynəlxalq turnirlərdən kənarlaşdırıb. Səbəb isə Rusiya ordusunun Ukraynaya hücumu olub.
Emin