İngiltərə millisinin sabiq yarımmüdafiəçisi Devid Bekhem Qətərdə keçiriləcək dünya çempionatının gizli favoriti ola biləcək iştirakçılardan birinin adını açıqlayıb.
Fanat.Az xəbər verir ki, FİFA-nın mətbuat xidməti Bekhemin dediklərini belə çatdırıb:
“Şadam ki, Danimarka dünya çempionatında iştirak edəcək. Azarkeşləri təəccübləndirə bilərlər. Danimarkalıların böyük turnirlərdə yaxşı çıxış tarixi var. Təbii ki, mən İngiltərə yığmasından da çox şey gözləyirəm. Düşünürəm ki, biz çempion ola bilərik. İndi güclü heyətimiz var və məncə, yaxşı formada olacağıq”.
Xatırladaq ki, Qətərdə keçiriləcək Dünya Çempionatı Noyabr ayının 21-i keçiriləcək.
Emin