Futbol üzrə İtaliya millisi DÇ-2022-yə qatıla bilər.
Fanat.Az "Sky Sport Italia" nəşrinə istinadən xəbər verir ki, bu, FIFA İranı mundialdan məhrum edəcəyi halda, reallaşa bilər.
Ali futbol qurumu İranda qadınların stadionlara getməsinə icazə verilmədiyi üçün belə qərara gələ bilər. FIFA İranı DÇ-dən kənarlaşdırsa, İtaliya final mərhələsinə vəsiqə qazanmayanlar arasında ən yüksək reytinqə malik olduğu üçün Qətərə yollanmaq şansı qazanacaq.
İtaliya seçməsi dünya çempionatının pley-off mərhələsinin yarımfinal oyununda Şimali Makedoniyaya uduzaraq (0:1) ardıcıl ikinci dəfə mundialsız qalıb.
Nihat