"Mançester Siti"nin çalışdırıcısı Xosep Quardiola Braziliya milli komandasının baş məşqçisi ola bilər.
Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, 52 yaşlı mütəxəssis "sambaçılar"a rəhbərlik etməyə əsas namizəddir.
Onun Qətərdə keçiriləcək dünya çempionatından sonra yeni işinə başlaya biləcəyi vurğulanıb. Braziliya Futbol Federasiyasının Quardiola və nümayəndələri ilə əlaqə saxladığı və ona müddəti 2026-ci ilədək nəzərdə tutulan müqavilə təklif etdiyi bildirilib. Pep sözügeən millinin "sükanı arxası"na keçməyə razılıq versə, illik 12 milyon avro maaş alacaq.
Qeyd edək ki, hazırda Braziliya millisinə Tite başçılıq edir.
Nihat