"Barselona"nın müdafiəçisi Dani Alves Braziliya millisi ilə dünya çempionu olmaq arzusunu dilə gətirib.
Fanat.Az xəbər verir ki, "Sport.es" onun söylədiklərini belə çatdırıb:
"Qətərdə olmaq, çox arzuladığım mükafatı qazanmaq istəyirəm. Məncə, bizim dünya çempionu ola biləcək komandamız var. Braziliya həm gənc, həm də təcrübəli futbolçulardan qurulub. Əlbəttə ki, şansımız az deyil. Amma hər şeydən öncə milliyə dəvət olunmağı haqq etməliyəm. Uğur naminə hər şeyi edəcəyik. Alınmasa, DÇ-nin kubokunu oğurlayarıq".
Braziliya millisi G qrupunda yer alıb. Cənubi amerikalılar Serbiya, İsveçrə və Kamerunla mübarizə aparacaq.
DÇ-2022 21 noyabr - 18 dekabr aralığında Qətərdə keçiriləcək.
Nİhat