İran Dünya çempionatına ev sahiblyi edəcək Qətərlə razılaşma imzalayıb.
Fanat.Az xəbər verir ki, razılaşmaya əsasən, iki ölkə DÇ-2022-dən yararlanaraq turizm gəlirlərini artırmaq üçün əməkdaşlıq edəcəklər.
Bunu nəzərə alan İran hökuməti Qətərə səyahət edənlər üçün vizaların liberallaşdırılması qərarını açıqlayıb. Qərar dünya çempionatı öncəsi turizmi inkişaf etdirmək məqsədi daşıyır.
İran hökumətinin sözçüsü Əli Bahadori-Cəhromi "Twitter" hesabında bu barədə paylaşım edib: “Bu qərar dünya çempionatı zamanı turistləri İrana səfər etməyə həvəsləndirmək və turizm sənayesini stimullaşdırmaq məqsədi daşıyır”.
Xatırladaq ki, İran noyabrın 21-dən dekabrın 18-dək keçiriləcək dünya çempionatının final mərhələsinə vəsiqə qazanıb.