Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatı ərəfəsində stadionlarında pivə satışı qadağan edilib.
Fanat.Az xəbər verir ki, məlumatı FIFA-nın rəsmi saytı yayıb.
Bildirilib ki, stadionlarda yalnız spirtsiz pivə satılacaq. Spirtli pivələrin satışı isə xüsusi lisenziya verilmiş məkanlarda və fan zonalarda gerçəkləşəcək.
Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq.