DÇ-2022-nin qrup mərhələsinin II turunda Mərakeşə 0:2 hesabı ilə uduzan Belçika millisinin futbolçuları arasında dava düşdüyü haqda iddia yayılıb.
Xəbərə görə, mübahisə kapitan Eden Hazardın komanda yoldaşlarına çox ləng olduqlarını irad tutmasından sonra başlayıb. Yan Vertongen ona hücum çəkib. İnsidentin daha da böyüməsinin qarşısını Kevin De Bröyne və Romelu Lukaku alıb.
Fanat.Az xəbər verir ki, məsələ ilə bağlı danışan Belçikalı millisinin kapitanı Eden Hazar yayılan iddianı yalanlayıb.
"Mərakeş ilə matçdan sonra paltardəyişmə otağında heç nə olmayıb. Biz Vertonqen ilə dalaşmamışıq. Mən Yanqla döyüşməyə cəsarət etməzdim. O, məndən hündürdür. Yan məndən soruşdu. Ona dedim ki, artıq o qədər də sürətli deyil. Futbolçular məni yaxşı tanıyır. Hər şey qaydasındadır!", - deyə Hazar "RMC Sport"a bildirib.
Röya