Serbiya millisinin və "Yuventus"un hücumçusu Duşan Vlahoviç yığmadakı komanda yoldaşı - qapıçı Predraq Raykoviçin xanımı ilə sevgili olduğu barədə yayılan informasiyalara münasibət bildirib.
Fanat.Az xəbər verir ki, "Marca" onun dediklərini belə çatdırıb:
"Təəssüf ki, dünya çempionatının vacib oyunu ərəfəsində qeyri-idman sualını cavablandırmalı oluram. Bu absurd informasiyanı şərh etmək demək olar ki, mənasızdır. Mənim komanda yoldaşımın arvadı ilə eşq yaşadığım barədə deyilənlər yalandır".
Qeyd edək ki, Serbiya yığması Braziliya, İsveçrə və Kamerunla birgə G qrupunda mübarizə aparır. 6 xala malik Braziliya artıq pley-offa vəsiqəni təmin edibsə, İsveçrənin 3, Serbiya ilə Kamerunun hərəyə 1 xalı var.