Yaponiya millisinin yarımmüdafiəçisi Takefusa Kubo komandasının İspaniyanı 2:1 hesabı ilə üstələyərək DÇ-2022-nin pley-offuna çıxmasından danışıb.
Fanat.Az xəbər verir ki, "L'Equipe" onun dediklərini belə çatdırıb:
"Biz varıq, Avstraliya var. Səudiyyə Ərəbistanı seçməsi də pley-offa yüksəlməyə yaxın idi. Asiyaya yuxarıdan aşağı baxmaq olmaz! İspaniya kimi böyük komanda üzərində belə qələbə qazanacağımızı heç kim gözləmirdi.
İlk yarıda ispanlar daha təhlükəli görünürdülər. İkinci hissədə pressinq tətbiq etməyə qərar verdik. Başqa komanda olsaydı, yəqin ki, hesab bərabər olduğu üçün daha çox topu ora-bura vurar, qapısından uzaqlaşdırmağa çalışardı. Azarkeşlərimizin də dəstəyi ilə mundialda mübarizəni davam etdiririk. Hələ qarşıda ən azı bir oyunumuz var".
Ümid edirik ki, Xorvatiya ilə 1/8 final oyunu bizim üçün tarixi gecə olacaq. Xorvatlarla üz-üzə gələcəyimiz gecə bizim futbol tariximizi dəyişə bilər.
Qeyd edək ki, Yaponiya seçməsi Almaniya, İspaniya və Kosta Rika ilə birlikdə yer aldıqları E qrupunda 6 xal toplayaraq lider qismində pley-offa çıxıb.