“Dünya çempionatında qrupda qalmaq utancverici oldu. Avropa çempionatının seçmə mərhələsində bu uğursuzluğu unutdurmalıyıq”.
Fanat.Az xəbər verir ki, bunu AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan Belçika yığmasının qapıçısı Tibo Kurtua deyib.
30 yaşlı qolkiper qarşıdakı böyük turnirlərdə seçmənin heyətində olmaq istədiyini vurğulayıb və indiki millini "qızıl nəsil" saymadığını söyləyib:
“Martda AVRO-2024-ün seçmə mərhələsi start götürəcək. Artıq orada uğurlu çıxış etmək məcburiyyətindəyik. Heç nə qazanmayanda özünüzü “qızıl nəsil” adlandırmaq çətindir. Biz "qızıl nəsil" deyilik, Avropanın hər yerindən çoxlu istedadlı oyunçulardan qurulmuş komandayıq".
Qeyd edək ki, Belçika yığması AVRO-2024-ün seçmə mərhələsində ilk oyununu martın 24-də İsveçə qarşı keçirəcək. Həmin gün Azərbaycan millisi Avstriyanın qonağı olacaq.
Nihat