Fransa millisinin hücumçusu Kilian Mbappe DÇ-2022-nin final matçından sonra Argentina seçməsinin lideri Lionel Messi ilə nə danışdığını açıqlayıb.
Fanat.Az "Sportskeeda"ya istinadən xəbər verir ki, PSJ-dəki komanda yoldaşını təbrik etdiyini deyib:
"Leo ilə finalın ardından söhbətləşdik. Onu təbrik etdim. Qətərdəki DÇ-nin qalibi olmaq həm Messi, həm də mənim üçün həyat əhəmiyyətli hədəf idi. O istəyinə çatmış, mən həlledici qarşılaşmada uduzmuşdum. Bu üzdən yaxşı futbolçu olmağa davam etməliyəm".
Qeyd edək ki, əsas vaxtı 2:2 hesabı ilə bitən finalın əlavə vaxtında tərəflər hərəyə 1 dəfə fərqlənib. Oyunsonrası penaltiləri daha dəqiq yerinə yetirən (4:2) Argentina Fransanı yenərək tarixində 3-cü dəfə dünya çempionu adını qazanıb.
Nihat