Argentina millisinin sabiq qapıçısı Uqo Qatti ölkəsinin yığmasının DÇ-2022-nin qalibi adını qazanmasında Lionel Messidən daha çox rol oynayan futbolçunun adını açıqlayıb.
Fanat.Az xəbər verir ki, 78 yaşlı veteran "El Chiringuto TV"-yə belə danışıb:
"Qapıçı Emiliano Martines Qətərdəki mundialda Argentina seçməsi üçün Messidən vacib oyunçu idi. Kritik qurtarışlarını və finalda oyunsonrası penaltilər zamanı necə mübarizə apardığını yada salsaq, bəs edər. Heç hücum planında da Messi ən güclü bənd deyildi. Anxel Di Mariya ön xətdə ən çox iş görən futbolçu kimi yadda qaldı. Hamıdan yaxşı performans sərgilədi və belə desəm, həm milli, həm də Messi üçün oynadı".
Nihat