18:41 13.12.2024 845

Püşk millimiz üçün nə vəd edir? - DƏYƏRLƏNDİRMƏ

Bu gün DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsinin püşkü atıldı. Azərbaycan millisi də ilyarım sonra okeanın o tayında, Amerikanın üç ölkəsində keçiriləcək mundialın seçmə mərhələsindəki rəqiblərini tanıdı. Sözsüz ki, ABŞ, Meksika və Kanadaya yollanmağı xəyal belə etmirik. Hətta seçmə mərhələnin nəticəsini də yığmamız üçün öncədən proqnozlaşdırmaq - təəssüf ki, bədbin notlara kökləməklə - olar. Bu baxımdan, bugünkü püşkün nəticəsini həm uğursuz, həm də nisbətən uyğun hesab etmək mümkündür...

İsveçrədə baş tutan püşkatmanın yekununda yığmamızın bəxtinə Fransa – Xorvatiya cütünün qalibi, o cümlədən Ukrayna və İslandiya düşdü. Ən güclülərin yer aldığı səbətdən seçilən Fransa və ya Xorvatiyadan hansı ilə qarşılaşmağımızın elə də önəmi yoxdur. Hər ikisi yığmamızın tarixinə ən uğursuz rəqib kimi düşüb. Fransanı "Oser faciəsi"ndən (0:10) xatırlayırıqsa, Xorvatiya 10 il əvvəl Osiyekdə Berti Foqtsun qovulmasına yol açan 0:6 hesablı darmadağının müəllifidir. Düzdür, elə həmin seçmə mərhələdə Bakıdakı oyunda Robert Prosineçkinin rəhbərliyi altında xorvatlardan xal almağı (0:0) bacarmışdıq. Amma artıq "qatar getmişdi". AÇ-2020-də yenidən yollarımız kəsişmiş, Bakıda 1:1 oynamış, səfərdə 1:2 uduzmuşuq. Təmkin Xəlilzadənin vurduğu qolla bərabərliyi təmin etdiyimiz Bakıdakı görüş də yumşaq desək, xorvatların digər həmyerliləri Nikola Yurçeviçin Azərbaycanda "yerini möhkəmləndirmək" baxımından hədiyyə idi. Əlqərəz, Santuşun komandası istər Fransaya, istərsə də Xorvatiyaya müqavimət göstərmək gücündə deyil. "Xoruzlar" nəinki qrupumuzun (potensial), ümumiyyətlə DÇ-nin favoritidir. Xorvatlarda nəsildəyişmə getsə də, onlar bu prosesi sürətlə keçir. Sözügedən millinin bazası hesab olunan "Dİnamo Zaqreb"in bu yay ÇL-də "Qarabağ" üzərində üstünlüyü çox şeydən xəbər verdi...

Püşkün nisbətən münasib olduğunu qeyd edəndə Ukrayna və İslandiyanın heç də "div" rəqib olmadığına keçid etmək istəmişdik. Hər halda, ikinci səbətdən seçilən Ukrayna heç də yaxşı günlərini yaşamır. Ötən AÇ-də qrup sonuncusu olublarsa, bir ay əvvəl yekun vurulan Millətlər Liqasında mübarizə apardığı B Liqasında qrup ikincisi olmaqla kifayətlənib. Bundan başqa, Ukrayna ev oyunlarını neytral meydanda keçirmək məcburiyyətindədir. Doğrudur, ilyarım sonra mövcud reallığın necə olacağı bəlli deyil. İstənilən halda, indiki situasiyadan yanaşsaq, ukraynalıların hər iki görüşü ölkəsindən kənarda keçirməsi lehimizə ola bilər. 
Ukrayna ilə seçmə oyunlarda heç vaxt qarşılaşmamışıq. Yalnız 2006-cı ildə iki yoldaşlıq görüşü baş tutub ki, Bakıda 0:0 oynayan millimiz Kiyevdə 0:6 hesablı darmadağına məruz qalıb.            
 
İslandiyaya gəlincə, sözügedən komanda ilə də rəsmi oyun olmayıb. Yalnız 2008-ci ilin yayında Reykyavikdə təşkil olunan yoldaşlıq görüşündə 1:1 hesablı heç-heçə qeydə alınıb. Hansı ki, yığmaya elə həmin il Berti Foqts baş məşqçi gətirilmişdi. İslandiyada baş tutan matçda yığma komandamızın üzvü Fabio Luis Ramim oyunun 48-ci dəqiqəsində hesabı açmış, 58-ci dəqiqədə islandiyalı futbolçu Qrekor Steynson cavab topu vurmuşdu. Təbii ki, bu rəqiblə indi səfərdə oynamaq çətin olacaq. Amma Bakıda onlardan xal almaq mümkündür.

Püşkün pis tərəfi odur ki, yığmamız 4 komandalı qrupa düşdü. Sayı çox olan qruplarda isə 5-ci səbətdən zəif iştirakçılar yer aldı. Hansı ki, məhz onlara çox vaxt "6 xallıq rəqib" gözü ilə baxırıq. Amma son qatıldığımız yarışda - Millətlər Liqasında Estoniya (belə hal çox olub) nümunəsi də var ki, bu da "ən zəif komanda elə özümüzük" qənaətinə dəlalət edir.    
AFFA portuqaliyalı Fernandu Santuşu, qarşısına 2028-ci ildə baş tutacaq Avropa çempionatına çıxmaq vəzifəsi qoymaqla, yəni uzaq perspektiv üçün gətirib. Amma faktdır ki, Millətlər Liqasındakı uğursuzluqdan sonra ictimai qınaq və təzyiq bu işbirliyinin vaxtından xeyli əvvəl dayandırılması riski yaratdı. Hətta Santuşun bu ay postundan kənarlaşdırılacağı ilə bağlı xəbər yayılmışdı. AFFA-dan məlumatı təkzib etsələr də, DÇ-nin 2025-ci ilin sentyabrında başlayacaq seçmə oyunlarının nəticəsi portuqaliyalının taleyinə birbaşa təsir edəcək. Yığmanın potensialında dəyişiklik olub-olmadığını gələn ilin bu vədəsinə kimi biləcəyik. 

Mirağa

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

20 Avqust 2026
02:22

Valdas Dambrauskas "Hapoel"ə məğlubiyyətdən sonra nə danışdı?

01:43

"Səfərdə də yaxşı oyun göstərmək istəyirik” - "Hapoel"in baş məşqçisi

01:32

"Barselona" mövsümə kubokla başladı

01:22

"Mingəçevir"in növbəti rəqibi bilindi

01:14

ÇL: "Budyo-Qlimt" Niderlanddan qalib qayıdır

00:58

Kamilo Duran Çempionlar Liqasında şou göstərdi

00:50

ÇL: "Sabah" pley-offun ilk qarşılaşmasında yenildi

19 Avqust 2026
23:57

İsveçli ulduz "Barselona"ya təklif edildi

22:48

İlahə Qədimova Türkmənistanın paytaxtı Aşqabadda "ustad dərsi" keçib.

22:13

"LANDAU Lions" İsmayıl Abdullayevlə yeni müqavilə imzalayıb

21:31

"Səbail" Türkiyə klubu ilə heç-heçəyə razılaşdı

21:12

Qaşim Maqomedov Pakistandakı turnirdə bürünc medal qazanıb

20:44

Azərbaycan və Türkiyə taekvondoçuları birgə təlim-məşq toplanışında iştirak edirlər

20:04

AFFA-nın Lisenziya Komissiyasının iclasında "Goranboy" OİK-in sənədlərinə baxıldı

19:32

"Tvente"nin baş məşqçisi "Qarabağ"la matçdan əvvəl belə danışdı

19:12

Qadın voleybolçular arasında keçiriləcək Avropa çempionatının maskotları bilindi

18:40

Azərbaycanın 2 hakimi UEFA-nın yay kursunda iştirak edəcək

18:10

Sidiki Şerifin yeni komandası müəyyənləşdi

17:52

"Qalatasaray" yarımmüdafiəçini rənglərinə bağlamaq istəyir

17:33

Uruqvaylı ulduz İstanbul nəhəngindən ayrılır

17:14

"Bursaspor" azarkeşlərindən Torala böyük dəstək

16:56

Avropa çempionatı: Daha bir boksçumuz yarımfinala yüksəldi

16:37

"Sabah"la oyunu təxirə salınan "Sumqayıt" fasilədən necə yararlanacaq?

16:18

Dünya Seriyası: "Neftçi SOCAR" Fransada növbəti sınağına çıxır

15:59

"Roma" Moranın keçidini rəsmiləşdirdi

15:40

"Məncə, "Sabah" iki oyunun nəticəsində turu keçən tərəf olacaq" - Ağasəlim Mircavadov

15:21

"Qarabağ" Niderlanda yollandı - Fotolar

15:03

Samir Əliyev: "Kimin nəyə qadir olduğu beş-altı turdan sonra üzə çıxacaq"

14:45

"34 yaş vinger mövqeyi üçün çoxdur, elə getmək vaxtı idi"

14:27

"Trabzonspor" "Qızıl top"un sahibini transfer etməyə yaxındır - SON DURUM

14:08

"Yuventus"un qapısını artıq o qoruyacaq

13:50

"Neftçi"nin yeni transferini yaxından tanıyaq - VİDEO

13:38

"Monako" Poqbanın müqaviləsinə xitam verdi

13:20

"Zubirin hələ bir müddət "Qarabağ"da yeri görünəcək" - Samir Əliyev

13:02

"Qalatasaray" Can Uzun üçün yeni təklif göndərdi

12:43

"Sabah" yeni legionerlə anlaşdı

12:24

"Sabah" bu gün səfərdən yaxşı nəticə ilə dönə bilər" - Aslan Kərimov

11:59

Dünyanın ən yaxşı müdafiəçisi bilindi - Kukurelya 5-cidir

11:41

Beşqat Almaniya çempionu yeni komandasında qolla debüt etdi, darmadağınla üzləşdi

11:23

"Avropada oynamaqdan əl çəkmək istəmirik" - Qurban Qurbanov

Facebookdan bizi izləməyi unutmayın.
X