17:10 11.06.2025 2924

Santuşlu milli seçmə mərhələyə nə dərəcədə hazırdır? - Mütəxəssislər dəyərləndirdilər

Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Dünən Mərdəkandakı "Liv Bona Dea Arena"da Macarıstan millisi ilə yoldaşlıq görüşünə çıxan Azərbaycan seçməsi 1:2 hesabı ilə məğlub oldu. Portuqaliyalı mütəxəssisin rəhbərliyi altında qələbə qazana bilməyən təmsilçimiz 6 oyundan sonra nəhayət ki, qol vurmağı bacardı. Əlbəttə, yığmamızın ortaya qoyduğu futbol barədə çox fikirlər səsləndirmək olar. Bu dəfə yerli futbol mütəxəssislərinin Santuşun çalışdırdığı kollektiv barədə nə düşündüklərini soruşmaq qərarına gəldik. 

"4-5 oyunçu ilə əks-həmlələr təşkil etməyi öyrənməliyik"

Öncə tanınmış futbol mütəxəssisi, Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Aslan Kərimova telefon açdıq. Onun söylədiklərini diqqətinizə çatdırırıq:

"Həm Latviya, həm də Macarıstanla oyunlkarı götürsək, çatışmazlıqlarımız çox idi. Latviya kimi komandalara qalib gəlməliyik. Amma uduzmağımıza baxçayaraq, macarlarla matçda daha hərəkətli göründük. Latviyadakı qarşılaşmada təəssüf ki, daha sönük oyuna şahidlik etdik. İki qol imkanı yaratsaq da, effktivlik baxımından zəif təsir bağışladıq. Oyun məni qane etdimi? Əlbəttə, yox. Amma əvvəlki bəzi matçlara nəzərən Macarıstanla matçda qismən yaxşı futbolla diqqət çəkdik. Özümüzü əks-hücumlarda sınamağa çalışdıq. Onlar Bakıda dominant oynamağa çalışdılar. Bunu matçdan sonra təşkil edilən mətbuat konfransında baş məşqçiləri də dedi. Onlar işlərinin öhdəsindən gəldilər. Biz isə taktiki planda qarşıya qoyulan məqsədə çata bilmədik. 

Milli komandamızdan top səviyyəli rəqiblərlə görüşlərdə qələbə gözləmək reallıqla uzlaşan arzu deyil. Bir mütəxəssis olaraq mən başa düşürəm ki, Fransa, Xorvatiya, Portuqaliya və ya Ukrayna ilə oyunlarda qalib gələcəyimizi fikirləşməyə dəyməz. Lakin Belarus, Latviya, Estoniya kimi rəqibləri məğlub etməliyik. Yəni bu komandalara qarşı dominant oynayıb qalib gəlmək iqtidarındayıq. Belə rəqibləri məğlub etməyə oyunçu potensialımız da imkan verir. Millini oyunlara hazırlamaq, düzgün oyun modeli seçmək baxımından isə çox sayda problemlərimiz var. Hə, razıyam oyunçularımızın çox da keyfiyyətli olmamaları müəyyən maneələr yaradır. Ancaq quruculuq işləri başqa istiqamətlərdə getməlidir. 

Oyun modelimizə gəlincə, bu yöndə hər mütəxəssisin öz fikri var. Biz qələbələr qazanmaq və bunu yaxın gələcəkdə etmək istəyiriksə, indiki üslubumuzu inkişaf etdirməliyik. Reytinqi yüksək olmayan millilərin - Gürcüstan, Şimali Makedoniya, Albaniya kimi kollektivlərin Avropa və dünya çempionatlarına necə vəsiqə qazandıqlarına diqqət yetirsək, hər birinin kompakt müdafiə olunaraq yüksək oyun intizamı sayəsində arzularına çatdıqlarını görərik. Ən yaxın keçmişdə Qazaxıstan seçməsi də AÇ-nin final mərhələsinə qatılmağa yaxın olmuşdu. Özümüzdən üstün rəqiblərlə üz-üzə gəliriksə, dominant futbol barədə düşünə bilmərik. Sürətli keçidlərimizi yaxşılaşdırmalıyıq. 4-5 oyunçu ilə əks-həmlələr təşkil etməyi öyrənməliyik. Sistem olaraq dördlü və ya beşli müdafiə ilə oynamaq fərq etməz. Arxa xətdə mümkün qədər az boşluğa yol verməyin yollarını axtarmalıyıq. Digər tərəfdən, bizə birəbir epizodlarda rəqib müdafiəçilərini keçə biləcək fiqurlar lazımdır. Gürcüstan millisi heyətində Xviça Kvaratsxeliya kimi dünya səviyyəli vinger olsa da, intizamlı müdafiə fonunda hücumda çoxalmaq planına sadiq futbol nümayiş etdirirdilər. Son iki oyunda Elvin Cəfərquliyev sürəti hesabına cinahda buna bənzər işlər görməyə çalışdı. Düzü, bir vaxtlar bu işi Əfran İsmayılov daha yaxşı şəkildə yerinə yetirirdi. İndi bizdəki əsas problemlərdən biri də rəqibi keçə bilən vingerlərin olmamasıdır. 

Uzun müddətdir qələbə qazana bilməməyimiz təbii ki, komandada psixoloji gərginlik də yaradır. Yoldaşlıq oyunlarının ana məqsədi oyunçuları yoxlamaq, hansısa modeli sınaqdan keçirmək olsa da, qələbəsizlik seriyası uzandıqca əlavə təzyiq öz sözünü deyir. Bilirsiniz niyə? Qələbə gecikdikcə düz yolda olduğun sübuta yetirilmir. Mcacrıstan başadüşüləndir, onlara qalib gəlməyə bilərik. Belə desək, "dişimizə" uyğun rəqiblərlə görüşlərdə qələbə sevinci dada bilməməyimiz DÇ-2026-nın seçmə mərhələsinin oyunları ərəfəsində yaxşı hal deyil".

"Oyunçu potensialı ilə sistem uyğun gəlməlidir"

"Kəpəz"in sabiq baş məşqçisi Azər Bağırov Santuşun tətbiq etdiyi 5-3-2 düzümünü incələdi və mövcud çatımazlıqları bu şəkildə çatdırdı:

"İndi əvvəlkinə nisbətən daha müdafiəyəmeyilli oynayırıq. Ən önəmlisi budur ki, hücumameyilli futbolçularımızı da müdafiəyəmeyilli oynatmağa çalışırıq. Son oyunlarda 5-3-2 düzümü ilə mübarizə aparmışıq. "8 nömrə" və "6 nömrə" mövqelərində Emin Mahmudovla İsmayıl İbrahimli çıxış edir. Santuş Anatoli Nuriyevdən daha çox əks-hücumlarda fayda götürmək istəyir, amma oyunlar zamanı görürük ki, Emin arxaya "düşəndə" ön xətdə kömək etmək imkanları olmur. 5-3-2 sistemində mərkəzdə yer alan 3 futbolçu hücuma daha çox kömək etməlidirlər. Deyirlər ki, Emin "10 nömrə" kimi gözə dəymir, lakin burada yanlışlıq var. 5-3-2-də ortadakı 3 oyunçunun hamısı "8 nömrə" funksiyasını yerinə yetirməlidir. Yəni üçü də həm hücuma, həm müdafiəyə dəstək verməlidirlər.

Ən "axsayan" tərəflərimizdən biri də mərkəz müdafiəçilərimizin hücumlara qoşulmamalarıdır. Bu sistem belə, bizdə "oturuşmayıb". Tətbiq edilən sistemi mükəmməlləşdirmək üçün topla daha yaxşı davrana bilən mərkəz müdafiəçilərinə də ehtiyacımız var. Hər şey Abbas Hüseynovun və Elvin Cəfərquliyevin hücumlara qoşulmasından ibarət deyil. Açığı, Abbasla Elvin Macarıstanla matçda öz imkanlarından da yuxarı səviyyədə futbol sərgilədilər. Əfsuslar olsun ki, bunu bütün müdafiə xətti haqda demək mümkün deyil. Bəhlul Mustafazadə hardasa 50-60 faiz komandaya kömək etdi. Cəlal Hüseynov klubunda da eyni sistemdə oynasa da, heç nə ilə yadda qalmadı. Cəlalın uyğunlaşmadığını sezmək çətin deyildi. Rəhman Daşdəmirov da həmçinin. Rəhmanın klubunda dördlü, yığmada beşli müdafiədə oynadığını da nəzərə almalıyıq. Ümumilikdə mərkəz müdafiəçilərimizin zəif təsir bağışlaması onların önlərində yer alan orta xətt oyunçularının müdafiə planında arzulanan səviyyədə olmamaları ilə izah edilməlidir. Məsələn, Emin bu baxımdan çox zəifdir, İsmayıl da rəqib həmlələrinin qarşısını kəsmək bacarığı ilə seçilmir. Bizə böyük müstəvidə Cennaro Qattuzo, özümüzə baxsaq, Qara Qarayev tipli dağıdıcı dayaq yarımmüdafiəçisi lazımdır. Tutaq ki, hücum xəttində Mahir Emreli oyunu yaxşı keçirdi, yeganə qolun müəllifi Renat Dadaşov pis təsir bağışlamadı, ümumilikdə balans yox idi. Bir daha təkrar edirəm, daha çox ortda xəttəki 3 oyunçunun tipini düzgün müəyyən edə bilməmişik. Sistem də böyük ölçüdə, buna görə "axsayır". Mahmudov bu gün 4-2-3-1-də "10 nömrə" kimi daha çox xeyir verər. Oyunçu potensialı ilə sistem uyğun gəlməlidir. Gəlmirsə, məcburiyyətdən belə oynamaq anlayışı yoxdur. Qolların necə vurulduğunu hamımız izlədik. Təbii ki, rəqib də mərkəzdəki boşluqları görür".

"Millimizdə inkişaf qığılcımları görəcəyimizə ümid edirdik"

Qol vurmaq baxımından çətinlik çəkən millimizə futbol oynadığı dönəmdə bombardirlik məharətini ortaya qoyan, 2007/2008 mövsümündə "İnter"in heyətində 19 qolla Premyer Liqanın ən sərrast oyunçusu olmuş Xaqani Məmmədovun da fikirlərinə ehtiyac duyduq:

"Seçmə mərhələ ərəfəsində belə oynayıb uduzmaq heç də xoş olmadı. Düzdür, Macarıstan millisi güclü komandadır, amma onlar da yoldaşlıq görüşü olduğuna görə yalnız nəticə barədə düşünmürdülər. Həm özlərini zədələrdən qorumağa çalışırdılar, həm də yığmada rəsmi matçlarda az oynayan futbolçularını yoxlamaq istəyiridlər.

Millimizdə inkişaf qığılcımları görəcəyimizə ümid edirdik.Təəssüf ki, inkişaf planında nəsə görə bilmədim. Latviyaya qarşı necə oynamışdıqsa, bu qarşılaşmada da eyni sistemdən istifadə etdik və balanslı futbol sərgiləyə bilmədik. Əlbəttə, seçmə mərhələdəki rəqiblərimiz güclü komandalardır. Fransa, Ukrayna və İslandiya kimi kollekitvlərlə qarşılaşmalarda belə futbolla nəyəsə nail olmaq çox çətin məsələdir. Uğurlar arzu edirəm komandamıza. Hər şeyin yaxşıya doğru dəyişəcəyinə, millinin daha çox qol vurmağın, qələbə qazanmağın yollarını tapacağına ümid edirəm".

Nihat Ağasoy

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

25 İyul 2026
23:32

Ronaldu Brunu Fernandeşin "Əl-Nəsr"ə transferini istəyir

22:52

"Real Madrid"in 100 milyonluq təklifini geri çevirdilər

22:12

Canni İnfantino şok karbon göstəricisi ilə gündəmə gəldi

21:53

Avropa Cüdo Ümidləri Turnirində U-14 yaş kateqoriyasında ilk mükafatçılar bilindi

21:16

Kamilo Duran "Milan"a qarşı şou göstərdi

20:40

Azərbaycanın dörd hakimi güləş üzrə dünya çempionatına təyinat aldı

20:13

Azərbaycan futzal komandası Avropa Universitet Oyunlarında ikinci olub

19:43

Azərbaycanın boks milliləri Türkiyəyə yollanıblar

19:11

Azərbaycanın U-18 basketbol millisi ilk qrup qələbəsini qazanıb

18:48

Qazax şəhərində velosiped üzrə Federasiya Kuboku keçirilib

18:07

Qazaxda ilk dəfə avarçəkmə tədbiri təşkil olunub - FOTOLAR

17:44

Holand Donnarummanın toyunda qonaqları belə əyləndirdi - VİDEO

17:07

Azərbaycan milliləri Minsk turnirində iştirak edəcək

16:53

Özbək futbolçu daha 5 il "Mançester Siti"də oynayacaq

16:05

David Nunyes Türkiyə yolunda - Razılığa gəlindi

15:01

"Araz-Naxçıvan"ın ev oyunlarını keçirəcəyi stadion bilindi - PFL rəsmisi açıqladı

14:31

"Kəpəz" "Araz-Naxçıvan"ın kapitanı ilə anlaşdı - VİDEO

14:00

İspaniya nəhəngi PSJ-nin oyunçusu ilə gücləndi - RƏSMİ

13:30

İlqar Nadiri bu klubu alıb Gəncəyə köçürür - AÇIQLAMA

12:58

ÇL: "Neftçi" PAOK ilə final matçına çıxır

12:20

"Qalatasaray" “Fənərbağça”nın istədiyi ulduza elçi düşdü - SON DURUM

11:50

Bakıda Avropa Cüdo Ümidləri Turniri start götürdü

11:06

Almanlar "Real Madrid"in 100 milyon avroluq təklifini geri çevirdilər

10:34

Gənclər və İdman Nazirliyinin 32 illiyinə həsr olunmuş avarçəkmə ilə tanışlıq sessiyası keçirilib

09:48

"Barselona"da şok itki: Ulduz futbolçu ili erkən başa vurdu

09:00

İtaliya millisinin yeni baş məşqçisi bilindi - SON DURUM

24 İyul 2026
23:51

"Qalatasaray" İtaliya klubuna məğlub oldu

23:32

"Çelsi" Maksans Lakrua transferini tamamladı: 60 milyon avro

22:42

“İmişli” - “Araz-Naxçıvan” oyununda heç-heçə

22:14

Ceyhun Nuriyev "Araz-Naxçıvan"da

21:50

"Liverpul" Vinisius Junioru transfer etmək niyyətindədir

21:14

"Arsenal" Bruno Gimarayeşlə şəxsi şərtlərdə razılıq əldə etdi

20:48

Karlo Ançelotti İtaliya milli komandasını rədd etdi

20:12

"Daha bir legioner transferi gözlənilir" - Azər Bağırov

19:42

Nikolas Otamendi Argentina milli komandasından getdi

19:12

"Liverpul" Niko Uilyams uğrunda mübarizəyə qoşuldu

18:41

Kriştianu Ronaldu getdikdən sonra Portuqaliya gəlir itkisi ilə üzləşəcək

18:03

"Sabah" KL-in kandarında, "Zirə"nin də işi bitməyib

17:42

Ronaldu karyerasını bitirir

17:23

"Xankəndi" yeni hücumçusunu açıqladı

Facebookdan bizi izləməyi unutmayın.
X