
DÇ-2026-nın seçmə mərhələsinin ən yaxşı bombardiri bəlli olub.
Fanat.Az xəbər verir ki, bu, Norveç millisinin və "Mançester Siti"nin hücumçusu Erlinq Holanddır.
Sözügedən forvard 8 qarşılaşmada 16 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. O, seçmə mərhələnin heç bir oyununda meydanı qolsuz tərk etməyib.
İkinci yerdə 8 qol, 4 assistlə Niderland seçməsinin hücumçusu Memfis Depay qərarlaşıbsa, üçüncü sırada Avstriya millisinin üzvü Marko Arnautoviç mövqe tutub - 8 qol və 1 məhsuldar ötürmə. İngiltərə yığmasının ulduzu Harri Keyn də 8 dəfə rəqib qapılarına yol tapıb, lakin komanda yoldaşlarının fərqlənməsinə şərait yaratmayıb. "5-liy"i 6 qol və 4 assistlə İspaniya millisinin futbolçusu Mikel Oyarsabal qapayır.
Nihat