
Ötən ayın sonunda xəstəxanaya yerləşdirilən tanınmış kolumbiyalı yarımmüdafiəçi Xames Rodriges klubu "Minnesota"nın düşərgəsinə qayıdıb.
Fanat.Az xəbər verir ki, məlumatı ABŞ təmsilçisinin mətbuat xidməti yayıb.
Ötən həftə kəskin susuzlaşma (dehidratasiya) səbəbindən xəstəxanaya yerləşdirilən 34 yaşlı futbolçu fərdi məşqlərə başlayıb.
Rodriges martın 29-da Fransa yığmasına qarşı keçirdikləri yoldaşlıq oyununda özünü pis hiss etdikdən iki gün sonra müayinə və müalicə üçün xəstəxanaya yerləşdirilmişdi. Üç günlük müalicədən sonra evə buraxılan futbolçunun vəziyyətinin hazırda sabit olduğu bildirilib.
Kolumbiya Futbol Federasiyası oyunçunun bərpa prosesinin sürətlə getdiyini və Xamesin DÇ-2026-da oynaya biləcəyini açıqlayıb.
Rodriges bu ilin fevralında "Minnesota" keçib və iki matçda iştirak edib. Kolumbiya millisi DÇ-2026-da ilk oyununu iyunun 17-də Özbəkistana qarşı keçirəcək.
Toğrul