
Argentina millisinin hücumçusu Lionel Messi zədələnib.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən jurnalist Qaston Edul yayıb.
Məlumata görə, təcrübəli superulduzun aldığı xəsarət çox ciddi olmasa da, o, iyunun 7-də Hondurasa qarşı keçirəcəkləri yoxlama oyununda meydana çıxmayacaq. Mənbə Leonun dünya çempionatındakı ilk görüşdə - iyunun 17-də Əlcəzairlə matçda "tanqoçular"a kömək edə biləcəyini də diqqətə çatdırıb. Onun hazırda yığmanın düşərgəsində olduğu vurğulanıb.
Toğrul