
Futbol üzrə İngiltərə millisinin sabiq müdafiəçisi Kayl Uoker qarşıdakı dünya çempionatı üçün ölkəsinin yığmasına dəvət alan müdafiəçilərlə bağlı narahatlığını dilə gətirib.
Fanat.Az xəbər verir ki, onun sözlərini "Goal" belə çatdırıb:
"Müdafiə... Mənə elə gəlir ki, arxa xətt oyunçularının çox ya geridə qalan mövsümdə o qədər də yaxşı performans sərgiləməyiblər, ya da müəyyən zədələri var. Turnir ərzində onlara güvənmək olarmı? Açığı, müdafiəçilərin çoxu ilə bağlı şübhələrim var.
Harri Maquayr və Lük Şou "Mançester Yunayted"in heyətində uzun müddətdən sonra ən yaxşı mövsümlərini keçiriblər. Amma mundiala aparılmayacaqlar. Şou da heyətdə olmalı idi, Maquayr da".
Uoker daha öncə "Mançester Siti"nin hücumçusu Fil Fodenin və "Real Madrid"in cinah müdafiəçisi Trent Aleksander-Arnoldun DÇ-2026-dan kənarda qalmasından şoka düşdüyünü açıqlamışdı.
Nihat