
Futbol üzrə Norveç millisi iyunun 11-də start götürəcək dünya çempionatına xüsusi tədarüklə yollanacaq.
Fanat.Az sözügedən ölkənin VG portalına istinadən xəbər verir ki, "vikinqlər" mundialda adət etdikləri qidalardan istifadəni vacib sayırlar.
Skandinaviya təmsilçisi ABŞ, Meksika və Kanadada baş tutacaq DÇ-2026-ya 300 kiloqram balıq və ölkənin ən tanınmış aşpazlarını və dietoloqlarını da aparacaq.
Norveç turnirin qrup mərhələsində Fransa, Seneqal və İraq seçmələri ilə üz-üzə gələcək. Son dünya çempionu Argentina yığmasıdır.
Toğrul