
Belçika millisinin sabiq hücumçusu Eden Hazar "qırmızı şeytanlar"ın iyunun 11-də başlayacaq dünya çempionatındakı hədəfləri barədə sualı cavablandırıb.
Fanat.Az xəbər verir ki, onun sözlərini FİFA-nın saytı belə çatdırıb:
"Şübhəsiz, Belçika yer aldığı qrupun ən güclüsüdür. Heyət təcrübəlilərlə gənclərin vəhdətindən təşkil olunub. Lakin ilk oyun həmişə asan alınmır. Əlbəttə, yığmanın indiki heyətinin favorit sayılmaması komandanı təzyiqdən azad edir. Hə, Belçikadan gözləntilər böyükdür, amma 2018 və 2022-ci illərdəki mundiallardakı qədər deyil".
Qeyd edək ki, Belçika seçməsi G qrupunda Misir, İran və Yeni Zelandiya ilə mübarizə aparacaq.
Nihat