
Futbol üzrə dünya çempionatında iştirak edən Qana millisinin heyətində ciddi itki baş verib.
Fanat.Az xəbər verir ki, turnirin ev sahiblərindən olan Kanada rəqib komandanın ulduz yarımmüdafiəçisi Tomas Partinin ölkəyə girişinə rəsmən qadağa qoyub.
Buna səbəb 32 yaşlı futbolçunun barəsində olan cinsi təcavüz ittihamları və onun Böyük Britaniyada məhkəmə qarşısına çıxacaq olmasıdır.
Bir müddət "Arsenal"da oynamış və hazırda karyerasını "Vilyarreal"da davam etdirən təcrübəli oyunçu ittihamları rədd etsə də, Qananın 17 iyun çərşənbə günü Torontoda Panamaya qarşı keçirəcəyi matçda forma geyinə bilməyəcək.
Kamil Xudiyev