
Futbol üzrə dünya çempionatının B qrupunda turnirin ev sahiblərindən olan Kanada və Bosniya və Herseqovina yığmaları yaşıl meydana çıxıb.
Fanat.Az xəbər verir ki, "Toronto" stadionunda baş tutan gərgin qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Bu nəticə ilə Kanada millisi öz evində oynadığı ilk mundial matçında dünya çempionatları tarihindəki ilk xalını rəsmən aktivinə yazdırıb. Karyerasında 1986 və 2022-ci illərdən sonra sayca 3-cü dəfə bu mötəbər turnirə qatılan şimal təmsilçisi, əvvəlki iki çempionatda keçirdiyi bütöv 6 oyunun hamısında məğlub olmuş, cəmi 2 qol vurub qapısında 12 qol görmüşdü.
Görüşün gedişatına gəldikdə isə, bosniyalılar 21-ci dəqiqədə Yovo Lukiçin qolu ilə önə keçsələr də, Kanada 78-ci dəqiqədə Larinin vurduğu qolla bərabərliyi təmin edərək tarixi uğura imza atıb.
Kamil Xudiyev