
Futbol üzrə dünya çempionatının E qrupunda debütant Kurasao millisi dördqat dünya çempionu Almaniya ilə qarşılaşmada turnir tarixinə keçən unudulmaz nəticəyə imza atıb.
Fanat.Az xəbər verir ki, təxminən 160 min nəfərlik əhalisi ilə mundial tarixinin ən kiçik ölkəsi unvanını daşıyan Karib təmsilçisi təşkilatdakı ilk qol sevincini yaşayıb.
Hyustondakı "NRG Stadium"da keçirilən matçın 21-ci dəqiqəsində səhnəyə çıxan gənc futbolçu Livano Komenensiya rəqib qapısına yol tapmağı bacarıb. Bu qolla adını ölkəsinin futbol tarixinə qızıl hərflərlə yazdıran Komenensiya Kurasaonun dünya çempionatında ilk qolunun müəllifi olub.
Ada ölkəsinin nəhəng rəqib qarşısında reallaşdırdığı bu tarixi uğur mundialın ən yaddaqalan və maraqlı hadisələrindən biri kimi yaddaşlara həkk olunub.
Kamil Xudiyev