
Futbol üzrə dünya çempionatında bu gün daha 2 oyun baş tutub.
Fanat.Az xəbər verir ki, H qrupunun ilk matçında İspaniya Kabo-Verde seçməsini sınağa çəkib. Matçda hesab açılmayıb.
Gecənin digər qarşılaşmasında Belçika Misir ilə üz-üzə gəlib. Tərəflər hərəyə 1 dəfə fərqləniblər.
Qeyd edək ki, 3 ölkənin – ABŞ, Meksika və Kanadanın birgə ev sahibliyi etdiyi mundiala 19 iyulda yekun vurulacaq.
DÇ-2026
15 iyun
H qrupu
İspaniya - Kabo-Verde 0:0
Baş hakim: A.Mahadme (İordaniya).
G qrupu
Belçika - Misir 1:1
Qollar: Mohamed Hani, 66-öz qapısına. - Emam Aşur, 19.
Baş hakim: R.Abatti (Braziliya).