
DÇ-2026-nın qrup mərhələsində Paraqvayla qarşılaşacaq Türkiyə millisinin baş məşqçisi Vinçenso Montella matçdan əvvəl təşkil olunmuş mətbuat konfransında iddialı açıqlamalar verib.
Fanat.Az xəbər verir ki, italyan mütəxəssis Avstraliya məğlubiyyətindən sonra ölkədə yaradılan xaosdan və komandaya qarşı olan hörmətsizlikdən ciddi şəkildə məyus olduğunu bildirib.
"Mən artıq 5 ildir burdayam və özümü bu xaosu bəsləyən bir çox insandan daha çox türk kimi hiss edirəm. Son 3 ildə futbolçularla birlikdə çox böyük uğurlara imza atmışıq və dünyada təqdir olunarkən, öz ölkəmizdə ilk məğlubiyyətdə hər şeyi yıxmağa çalışan bir sistemin olması məni çox üzür. Avstraliyaya qarşı 30 zərbə vursaq da, rəqib 10 nəfərlə müdafiə olunduğu üçün bu səddi aşmaq çətin oldu, lakin topa sahib olma və uzaqdan zərbələr mövzusunda daha yaxşı ola bilərdik. İndi hər şeyi yenidən yoluna qoymaq üçün sabah axşam keçiriləcək Paraqvay matçını səbirsizliklə gözləyirik və hədəfimizə doğru yürüməyə davam edəcəyik."