
Hazırda davam edən futbol üzrə dünya çempionatının qrup mərhələsinin 2-ci turunda keçirilən Almaniya - Fil Dişi Sahili oyununun (2:1) ən yaxşı futbolçusu bəlli olub.
Fanat.Az FİFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Almaniya seçməsinin heyətində parlaq çıxışla diqqət çəkən Deniz Undav fərqləndirilib.
Undav Afrika təmsilçisi ilə matçda dubl edərək komandasının qələbəsində böyük pay sahibi olub.
ABŞ, Kanada və Meksikada təşkil olunan DÇ-2026 iyunun 11-də başlayıb. Turnir iyulun 19-da yekunlaşacaq. Son dünya çempionu Argentina millisidir.
Toğrul