
İspaniya millisi dünya çempionatında tarixi rekorda imza atıb.
Fanat.Az "Opta Sport"a istinadən xəbər verir ki, DÇ-2026-da H qrupunda yer alan "buğalar" bu nəticəni 2 turda Səudiyyə Ərəbistanı seçməsini 4:0 hesabı ilə darmadağın etdikləri oyunda reallaşdırıblar.
Sözügedən kollektivin 18 yaşlı iki oyunçusu DÇ-lərdə qol vurub ki, bu da mundiallarda qeydə alınan ilk belə haldır.
Lamin Yamal 18 yaş 343 günlüyündə ərəblərin qapısına yol tapıbsa, daha əvvəl Qavi (18 yaş, 110 gün) DÇ-2022-də Kosta-Rika ilə oyunda fərqlənə bilib.
Qeyd edək ki, ABŞ, Kanada və Meksikada təşkil olunan DÇ-2026 iyunun 11-də başlayıb. Turnir iyulun 19-da yekunlaşacaq. Son dünya çempionu Argentina millisidir.
Toğrul