
Hazırda davam edən futbol üzrə dünya çempionatının 2-ci turunda Konqo Demokratik Respublikasını 1:0 hesabı ilə məğlub edən Kolumbiya millisinin baş məşqçisi Nestor Lorenso qələbəni şərh edib.
Fanat.Az xəbər verir ki, o, K qrupunda baş tutan görüşün ardından təşkil edilən mətbuat konfransında belə danışıb:
"Komanda üzvlərinə bütün cəhdlərinə və qələbəyə görə təşəkkür edirəm. Futbolçularımız sonadək oyun planına sadiq qaldılar. Daha yaxşı nəticəyə layiq idik. Sona yaxın rəqibimiz işimizi çətinləşdirdi. Amma fikrimcə, layiqli qələbə qazandıq".
Qeyd edək ki, ABŞ, Kanada və Meksikada təşkil olunan DÇ-2026 iyunun 11-də başlayıb. Turnir iyulun 19-da yekunlaşacaq. Son dünya çempionu Argentina millisidir.
Toğrul