
DÇ-2026-nın qrup mərhələsinin 2-ci turunda Özbəkistan millisini 5:0 hesabı ilə darmadağın edən Portuqaliya seçməsinin hücumçusu Kriştianu Ronaldu tarixi rekorda imza atıb.
Fanat.Az-ın məlumatına görə, Asiya təmsilçisi ilə matçda 2 qol vuran superulduz mundiallarda dublla yadda qalan ən yaşlı futbolçu ünvanına sahib çıxıb.
Kriştianu özbəklərə qarşı mübarizə apararkən 41 yaş 138 günlük olub. O, DÇ-2026-nın 2-ci turunda Avstriya ilə matçda 2 qolla səhnəyə çıxan argentinalı Lionel Messinin (38 yaş 363 gün) rekordunu qırıb.
"Bu qələbə paltardəyişmə otağında apardığımız söhbətlərin nəticəsi idi. Bəzən turnirin ilk oyununda hər şey planlaşdırdığı kimi alınmır. Amma vəziyyətdən düzgün nəticə çıxara bilirsənsə, sonradan daha güclü qayıdırsan. Bu gün biz meydanda mütəşəkkil komanda gördük. Nəticədən çox məmnunam".
Qeyd edək ki, ABŞ, Kanada və Meksikada təşkil olunan DÇ-2026 iyunun 11-də başlayıb. Turnir iyulun 19-da yekunlaşacaq. Son dünya çempionu Argentina millisidir.
Toğrul