
Hazırda davam edən futbol üzrə dünya çempionatında Mərakeş və Haiti yığmaları arasında keçirilən C qrupunun matçının ən yaxşı oyunçusu bəlli olub.
Fanat.Az xəbər verir ki, afrikalıların heyətində PSJ-nin formasını geyinən Əşrəf Hakimi fərqləndirilib.
Sözügedən müdafiəçi komandasının 4:2 hesablı qələbəsində 1 qol və 1 məhsuldar ötürmə ilə böyük pay sahibi olmaqla yanaşı, görüş ərzində sabit və effektli performansla yadda qalıb.
Qeyd edək ki, ABŞ, Kanada və Meksikada təşkil olunan DÇ-2026 iyunun 11-də başlayıb. Turnir iyulun 19-da yekunlaşacaq. Son dünya çempionu Argentina millisidir.
Toğrul