
Dünya çempionatında gözlənilmədən erkən mərhələdə turnirlə vidalaşan Türkiyə ssenarisi okeanın o tayında kəskin reaksiya doğurub.
Fanat.Az xəbər verir ki, Amerikanın nüfuzlu "New York Times" nəşri "ay-ulduzlular"ın çıxışını və turnirdən kənarlaşmasını çox ağır və istehzalı ifadələrlə tənqid atəşinə tutub.
Qəzet, Türkiyənin çempionatın cəmi 9-cu günündə qrupu tərk etməsini "tarixin ən böyük təyyarə bileti israfı" adlandırıb.
Məqalədə rəqiblərlə müqayisə aparılaraq, Türkiyənin Haitidən cəmi 2,5 saat daha çox turnirdə tab gətirə bildiyi vurğulanıb və "Futbol mədəniyyəti yeni formalaşan Haitinin futbolçuları qarşısında Türkiyənin macərası əzilməli idi" fikirləri qeyd olunub. Komandanın meydandakı taktiki oyununu bəyənməyən ABŞ mətbuatı, uzaq məsafədən atılan zərbələri tam bir komediya, təşviş və məlumatsızlıq göstəricisi kimi qiymətləndirib.
Yazının sonunda isə qardaş ölkəyə açıq şəkildə "Futbol əvəzinə qolf oynasaydılar, daha yaxşı olardı" tövsiyyəsi verilib.
Kamil Xudiyev